Naxçıvan Muxtar Respublikası Prokurorluğunda müzakirələr aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) üzrə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi zamanı müddətli həqiqi hərbi xidmət və səfərbərlik üzrə çağırışla bağlı bəzi məsələlərə dair” 05.09.2023-cü il tarixli 130-09/31 №-li birgə əmrin icrası ilə əlaqədar müzakirələr aparılması üçün dəyirmi masa təşkil olunub.

Müzakirə zamanı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Daxil İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirliyinin. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin əməkdaşları iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: