“Əli və Nino” əsərinin  müzakirəsi olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  Qurban Səidin “Əli və Nino” əsərinin  müzakirəsi keçirilib.                               

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Qurban Səidin həyat  və yaradıcılığı, həmçinin “Əli və Nino” əsəri haqqında ümumi məlumat verib.

Bildirib ki, klassik Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindən olan bu əsər ilk dəfə 1937-ci ildə  Avstriyada  nəşr olunub. Əsər nəşr olunduqdan qısa müddət sonra   böyük oxucu  kütləsi qazanıb və  dövrümüzədək öz aktuallığını  itirməyib.

Vurğulanıb ki, Azərbaycan tarixin ən mühüm dövrlərini əhatə edən  roman hər biz azərbaycanlıda vətən sevgisi, vətənə bağlılıq hisslərini  əsərin baş qəhrəmanı Əli xan obrazının timsalında oyadır. Əsər 1914-1920-ci illərdə Bakıda baş verən hadisələri tam dolğunluğu ilə özündə əks etdirir.

Sonra bölmənin əməkdaşları çıxış edərək görkəmli yazıçının həyat və yaradıcılığı haqqında əlavə məlumatlar veriblər. “Əli və Nino” əsəri  həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalacağı vurğulanıb.

Qeyd edək ki,  Qurban Səidin “Əli və Nino” əsəri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilən oxunması zəruri olan kitabların siyahısına daxil edilib. 

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: