Azərbaycan Deflimpiya Komitəsinin yeni baş katibi müəyyənləşib

A- A A+

Azərbaycan Deflimpiya Komitəsinin (ADK) yeni baş katibi müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı ADK-nın mətbuat xidməti məlumat yayıb.

Baş katib vəzifəsinə Namiq Novruzov təyin olunub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərən N.Novruzov Birləşmiş Millətlər Təşkilatının müvafiq idman proqramında nazirliyin nümayəndəsi olub. Həmçinin Bakı-2015 Avropa Oyunları, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının təşkilində yaxından iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: