“CawaMedia” agentliyi Azərbaycanda qeyd ediləcək Ümumdünya Ətraf Mühit Günündən yazıb

A- A A+

Dünyanın müxtəlif ölkələrindən tanınmış fotojurnalistlər və media orqanları ilə əməkdaşlıq edən “CawaMedia” agentliyinin saytında 2026-cı il iyunun 5-də Bakıda qeyd ediləcək Ümumdünya Ətraf Mühit Günü barədə məqalə dərc edilib.

NUHÇIXAN xəbər verir ki, məqalədə bütün dünyada müşahidə edilən iqlim dəyişikliyinin fəsadlarının qlobal həlli yollarının tələb olunduğu, Azərbaycanın təşkilatçısı olduğu və iqlim dəyişikliklərinə həsr olunmuş 2026-cı il Ümumdünya Ətraf Mühit Gününün isə ekoloji təşəbbüslərin və həllərin müzakirəsi üçün irimiqyaslı qlobal platforma rolunu oynayacağı qeyd edilib.

Məqalədə diqqətə çatdırılıb ki, BMT-nin Ətraf Mühit Proqramı metan tullantılarının azaldılmasına yönəlmiş texnologiyaların, istixana qazları emissiyalarının azaldılması üzrə fəaliyyət planlarının və milli səviyyələrdə müəyyən edilmiş töhfələrin əldə edilməsində Azərbaycana dəstək verməyə hazırdır.

Müəllif vurğulayıb ki, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransı qlobal fəaliyyətin stimullaşdırılması baxımından ən mühüm tədbir olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: