Bu ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 187,5 milyon manat və ya 7,3 faiz artım qeydə alınıb.
Bu barədə NUHÇIXAN-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 milyon manat və ya 3,8 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 197,3 milyon manat və ya 12,1 faiz artımla olub.