Özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə maarifləndirmə tədbiri keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və  Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan sakinlərlə görüş keçirilib. Tədbirdə onlara verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması ilə bağlı məlumat verilib. Mütəxəssislər sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar veriblər və bu mövzularda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına təqdim olunub.

Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: