Ali təhsil ocağında 20 Yanvar şəhidləri anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Milli azadlıq tariximiz: Qanlı yanvar” mövzusunda  keçirilən tədbirdə əvvəlcə iştirakçılar müəllim və tələbələrin 20 Yanvar  mövzusunda hazırladıqları rəsm əsərlərindən  ibarət sərgiyə baxıblar. Sonra tədbir akt zalında davam etdirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun rektoru Elbrus İsayev bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verib.

Rektor vurğulayıb ki, 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb. Ulu öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunub.

Anım tədbirində çıxışlar edilib. Bildirilib ki, 20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, həmin gün şəhid olanlar yaddaşlarda əbədi olaraq yaşayacaqlar. Onların mübarizliyi bugünki gəncliyimizə nümunə məktəbidir.

Tədbirin sonunda tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii  kompozisiya nümayiş olunub.  

 

                                                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: