Gənclər həqiqi hərbi xidmətə yola salınıblar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə  Çağırış Üzrə  Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində keçirilən tədbiri idarə rəisinin müavini, polkovnik-leytenant Sultan Zamanov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.    

Tədbirdə çıxış edənlər qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünü qorumaq, torpaqlarımızın keşiyini çəkmək hər bir gəncin müqəddəs borcudur. Diqqətəlayiqdir ki, gənclər bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlirlər.

Valideynlər adından söz alan Əhməd Ulxanov çağırışçılara Vətəni göz bəbəyi kimi qorumağı tövsiyyə edib.

Çağırışçılar adından danışan Vüsal Adıgözəlov Azərbaycan Silahlı Qüvvələri sıralarında ləyaqətlə xidmət edəcəklərinə söz verib.

 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: