Məktəblilər arasında şeir müsabiqəsi başa çatıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 nömrəli tam orta məktəbində Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Gənclər Birliyi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərində vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədi ilə "Şəhidlər unudulmaz və hər zaman anılır" adlı şeir müsabiqəsi keçirilib.
Müsabiqəyə rayonun 20 məktəbindən 20 şagird qatılıb. Gülüstan kənd tam orta məktəbinin XI sinif şagirdi Ramil Ələkbərov münsiflər heyətinin qərarına əsasən, qalib adını qazanıb. Dizə kənd tam orta məktəbinin XI sinif şagirdi Nərminə Həsənova ikinci, Ərəzin kənd tam orta məktəbinin VII sinif şagirdi Məleykə Hüseynova üçüncü olub. Qalib və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplom və kitablar hədiyyə edilib.