MSK daha yeddi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

A- A A+

Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Beləliklə ümumilikdə MSK 18 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: