Kərki harayı - VİDEO
Bu gün Kərkinin Ermənistan tərəfindən işğal olunmasından 29 il ötür. Qədim oğuz yurdu olan Kərki Ermənistan ərazisində anklav olaraq Naxçıvan Muxtar Respublikasına məxsus kənddir. 1990-cı ildə sovet ordusunun köməyinə arxalanan ermənilər düşmən mühasirəsində olan bu kəndin sakinlərini zorla, silah gücünə öz ata-baba torpaqlarından çıxarıblar. Amma 29 ildir ki hər bir kərkilinin ürəyində o kəndə qayıtmaq üçün ümid işiğı yanır.
NUHÇIXAN Naxçıvan televiziyasının əməkdaşları tərəfindən bu kəndlə bağlı hazırlanan “Kərki harayı” verilişini təqdim edir.