Muxtar respublikada elektron imza infrastrukturu yenilənib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnformasiya texnologiyaları sahəsində gedən inkişaf proseslərini nəzərə alaraq elektron imza infrastrukturunun təhlükəsizliyinin gücləndirilməsi məqsədilə SÍMA Token elektron imzanın tətbiqində texnoloji dəyişikliklər edib. 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, yenilənmiş elektron imza infrastrukturunun təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün sertifikatın hazırlanması prosesi Nazirlik tərəfindən 01 iyul 2024-cü il tarixindən yeni sistem üzərindən həyata keçirilir. 

Qeyd edək ki, elektron imza rəqəmsal dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Yeni sistemə keçid öz növbəsində sertifikatların hazırlanma prosesini tezləşdirərək daxil olan müraciətlərin daha sürətli və təhlükəsiz şəkildə hazırlanmasına, o cümlədən imzalama əməliyyatlarının daha rahat, sürətli və etibarlı şəkildə icra edilməsinə şərait yaradacaqdır.

Məlumat üçün bildirək ki, muxtar respublikada elektron imzanın tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi uğurla həyata keçirilib. Belə ki, cari ilin yanvar-iyun aylarında 396 elektron imza istifadəçilərə təqdim edilib ki, bunun da 38.9 faizi dövlət qurumlarının payına düşüb.

Elektron imza imzadan hər kəs istifadə edə bilər. Elektron imza almaq istəyən şəxslər müvafiq sənədləri Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edə bilərlər. Elektron imzadan istifadə qaydaları, ödəniləcək dövlət rüsumu, o cümlədən digər məlumatları nmincom.gov.az və token.sima.az saytı vasitəsilə əldə etmək olar.

                                                                           

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: