Bu ilin yanvar-iyun ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 43 min və ya 2,4 faiz artaraq 1 milyon 851 min 588-ə çatıb.
Bu barədə NUHÇIXAN-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 6 ayda əməkhaqqı fondunda daha 4,9 faiz artım qeydə alınıb.