Böyük Qayıdış proqramına əsasən Laçın şəhəri, Sus, Zabux və Qarıkaha kəndi tamamilə hazırdır.
NUHÇIXAN-ın məlumatına görə, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, kəndlər üzrə sakinlərin köçünün mütləq əksəriyyəti tamamlanıb:
"Laçın şəhəri üzrə köçün növbəti mərhələsi isə yaxın günlərdə həyata keçiriləcək".