Şahbuz Dövlət Təbiət Qoruğunda biotexniki tədbirlər davam etdirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahbuz Dövlət Təbiət Qoruğunda biotexniki tədbirlər həyata keçirib.
Qış mövsümündə kontinental iqlim şəraitinin mövcud olduğu muxtar respublika ərazisində havanın kəskin soyuması, ərazilərin qalın qar örtüyü ilə örtülməsi təbii olaraq bu ərazilərdə yaşayan heyvanat aləminə də öz təsirini göstərir. Xüsusilə qış aylarında qida təminatının azalmasına səbəb olur ki, bunun da nəticəsində heyvanların başqa ərazilərə miqrasiyasına, nəsil artımının azalmasına və sonunda məhvinə səbəb olur. Yem çatışmazlığı nəticəsində bəzi gəmirici heyvanlar dovşan, porsuq, çöl donuzu istər qış, istərsə də yaz aylarında yem tapa bilmədiklərindən yeni əkilmiş fidanların, tinglərin gövdələri ilə qidalanaraq onların sıradan çıxmasına səbəb olurlar.
Bu məqsədlə dağlıq əraziləri əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində biotexniki tədbirlər keçirilib. Ərazilərə tərəvəz məhsulları, buğda, arpa, qaba yem, daş duz və digər qida məhsulları səpilib.
Novruz Məmmədov