Sədərəkdə 20 Yanvar faciəsi anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “20 Yanvar” faciəsinin 29-cu il dönümü ilə əlaqədar Sədərək Rayon Mədəniyyət sarayında tədbir keçirilib.

Tədbirdə rayon mədəniyyət şöbəsinin müdiri Rəşad İsmayılov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciə istiqliliyyət, müstəqillik uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz bir səhifəsidir.

Diqqətə çatdırılıb ki, ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Həmin faciədən istifadə edən   erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur. Bu gün düşmənə göz dağı olan Sədərək həm də şəhidlərimizin ruhlarını şad edir. Bu qədim yurd yerimiz gündən-günə inkişaf edir, gözəlləşir.

Tədbirdə “20 Yanvar” faciəsinə həsr olunan sənədli filmə baxılıb, mədəniyyət sarayı kollektivinin hazırladığı səhnəciklər nümayiş olunub.

 

Hidayət Seyidov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: