Naxçıvan Televiziyasının əməkdaşı “Fərdi jurnalist müsabiqəsi”nin qaliblərindən oldu - FOTOLAR
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 10 iyun 2024-cü il tarixdə elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən Naxçıvan Televiziyasının əməkdaşı Səriyyə Salahova ən yaxşı mədəniyyət materialı nominasiyasının qaliblərindən biri olub. Nominasiyanın qalibi olan “Xoşbəxtliyə gedən yolun başlanğıcı” adlı yazıda ailə dəyərlərinin müqəddəs hesab olunması və qorunmasından bəhs edir.
Əməkdaşımızı bu münasibət ilə təbrik edir, gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzu edirik.