Ordubad rayonu ərazisində ekoloji monitorinq aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonu ərazisində  ekoloji monitorinq keçirib.

Monitorinq iştirakçıları ilk növbədə Ordubad şəhərinin yaxınlığında tullantıların atıldığı mərkəzi poliqonunda olublar. Tullantıların poliqona daşınması və zərərsiz­ləş­diril­məsi qeydə alınıb.  Burada məişət tullantılarının   üzərinə torpaq örtük verilib və hamarlama işləri aparılıb.

Sonra monitorinq iştirakçıları Ordubad şəhərində ayrı-ayrı içməli su mənbələrində olub, su nümunələri götürüb. Ekoloqlar Ordubad Rayon Mərkəzi Xəstəxanasında da tibbi tullantıların idarə olunmasının monitorinqini  aparıb.

Həmçinin Ordubad şəhər ətrafında, yol kənarlarında, o cümlədən Dəstə kəndi yaxınlığında salınmış yeni yaşıllıq sahələrinə və bar verən meyvə bağlarına baxış olub. Aparılan iməciliklər və müvafiq tədbirlər sayəsində magistral yolun hər iki tərəfi yaşıllığa bürünüb.

Sonra nazirliyin əməkdaşları  monitorinqi ayrı-ayrı kənd yaşayış məntəqələrində, xüsusən də Düylün, Çənnəb və Üstüpü kəndlərinin ərazilərində davam etdiriblər

Ekoloqlar dağ çaylarından su nümunələri götürüb, yerindəcə analiz edib, təbiət ərazilərində elə bir ciddi neqativ hallara yol verilmədiyimüəyyənləşdirilib.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: