Gözəlləşən Dəstə kəndi - VİDEO
Qədim diyarımızın bütün bölgələri kimi, Ordubad rayonuna da muxtar respublikada həyata keçirilən kompleks quruculuq tədbirlərindən pay düşüb və görülən işlər hesabına bölgə müasirliyə qovuşub. Hər il rayonun müxtəlif yaşayış məntəqələrində inşa edilən kənd və xidmət mərkəzləri, məktəb binaları, salınan yollar insanlara göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirilir. 2019-cu ildə də bu tədbirlər davam etdirilir. Belə ki, rayonun ən iri yaşayış məntəqələrindən biri olan Dəstə kəndində kompleks quruculuq işləri aparılıb.
NUHÇIXAN Naxçıvan televiziyasının əməkdaşı Rəmzi İbrahimovun bununla bağlı hazırladığı reportajı təqdim edir: