Məzahir Pənahov: Parlament seçkilərinin təbliğat prosesi ilə bağlı açıq və qapalı məkanlar müəyyənləşməlidir
Parlament seçkiləri ilə əlaqədar təbliğat prosesi ilə bağlı açıq və qapalı məkanların müəyyənləşdirilməsinə başlamalıyıq.
NUHÇIXAN xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, müvafiq tədbirlərə artıq start verilib: “Hava şəraiti ilə əlaqədar açıq məkanlara üstünlük verilə bilər”.
MSK-nın sədr müavini Rövzət Qasımov isə bildirib ki, namizədlər və seçicilər əsasən ənənəvi məkanlara üstünlük verirlər: “Yaxın zamanda seçkiqabağı təşviqat başlamazdan öncə bu barədə məlumat veriləcək”.