Naxçıvan Televiziyasının baş redaktoru müsabiqənin qalibi elan olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırılma mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov və “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova iştirak ediblər.

Müsabiqəyə Naxçıvan Televiziyasının baş redaktoru Fariz Əhmədov “Mahiyyəti əsrarəngiz və ecazkar naxışlar səltənəti –Naxçıvan” adlı yazı ilə qatılıb. Münsiflər heyətinin rəyinə əsasən Elçin Balabəyli, Fariz Əhmədov və Nuray Əsgərova birinci yerin qalibləri olublar.

Baş redaktoru bu münasibətlə təbrik edir, yaradıcılıq fəaliyyətində uğurlar arzu edirik.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: