Babək rayonunun Sirab kəndində yeni mərasim evinin tikintisinə başlanılıb.
Məlumat üçün deyək ki, Naxçıvanın kəndlərində mərasim evlərinin inşa olunması ölkə səviyyəsində nümunə hesab edilir. Bu işlərdə dövlətlə yanaşı, kəndin sahibkarları, imkanlı şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri yaxından iştirak edirlər. Bugünədək Babək rayonunun Qahab, Zeynəddin, Aşağı Buzqov, Nəhəcir, Nehrəm, Cəhri, Çeşməbasar və başqa kəndlərində yeni mərasim evləri inşa olunub. Ötən il isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi və qayğısı ilə Babək qəsəbəsindəki məscid əsaslı şəkildə yenidən qurulub, ibadət ocağının həyətində qadın və kişilər üçün zallarından ibarət olan yeni mərasim evi tikilib.
Sirab kəndində inşa olunan mərasim evi də müasir layihə əsasında qurulur. Burada qadın və kişilər üçün ayrı-ayrı zallar, mətbəx, namaz və digər otaqlar yerləşəcək. Mərasim evlərinin əhaliyə pulsuz xidmət etməsi sakinlər tərəfindən də rəğbətlə qarşılanır.
“Şərqin səhəri”qəzeti
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.