Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin saytı yenilənib

A- A A+

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mühəndis-proqramçıları tərəfindən  “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin  rəsmi internet saytı (nayda.gov.az) yenidən hazırlanıb.

 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müasir metodlardan istifadə edilərək hazırlanmış veb-saytda əsas səhifədə Agentliyin fəaliyyət istiqamətləri,  muxtar respublikanın avtomobil yolları, yol qurğularının layihələndirilməsi, o cümlədən yol infrastrukturunun inkişafı və digər məlumatların yerləşdirilməsi üçün bölmələr hazırlanıb.

Saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresi ilə təmin olunub.

Vətəndaşların Agentliyə elektron formada müraciət etmələri üçün “Əlaqə” bölməsi yaradılıb. Bu bölmədə qurumun çağrı mərkəzi, qəbul günləri, ünvanı və onlayn müraciət qaydası haqqında məlumatlar yer alıb.

Yenilənən veb-sayt həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. Bu da öz növbəsində vətəndaşların saytdan rahat istifadəsinə şərait yaradacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: