MSK Naxçıvanda regional seminar keçirib - YENİLƏNİB - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi iyulun 12-də MSK-nın Milli Məclisə seçkilərlə əlaqədar fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən maarifləndirmə proqramı çərçivəsində regional seminarlara start verilmişdi. NUHÇIXAN xəbər verir ki, bu seminarlardan biri də bu gün  Naxçıvan Regional Asan Xidmət Mərkəzinin konfrans zalında keçirilib.

Seminarda çıxış edən MSK-nın üzvü Qabil Orucov “Seçki hququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda çıxış edib. Komissiya üzvü bildirib ki,seminarlar seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması , dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.MSK-nln digər üzvü Tofiq Həsənov  seçki hüququn pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, eləcə də digər mühüm məsələləri ətraflı şəkildə izah edib

Qeyd edək ki, seminarda 6 dairə seçki komissiyasından 3 ekspert olmaqla 18 nəfər iştirak edib. . Sonda fikir mübadiləsi və müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: