MSK üzvü: Regional seminarlar seçki qanunvericiliyinin düzgün tətbiqinə töhfə verir

A- A A+

Regional seminarlar aşağı seçki komissiyalarında seçki qanunvericiliyi normalarının düzgün tətbiq edilməsinə töhfə verəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan şəhərində keçirilən seçki hüququna dair müraciətlərə baxılmasına həsr olunan regional seminarda iştirak edən Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qabil Orucov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkə Prezidentinin milli fəaliyyət planının təsdiq edilməsi ilə bağlı müvafiq sərəncamına və MSK-nın təqvim planına uyğun olaraq, mövcud seçki prosesində də aşağı seçki komissiyası üzvlərinin maarfləndirilməsi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.

“Hazırda regionlar üzrə keçirilən seminar da məhz bu tədbirlərin tərkib hissəsədir. Naxçıvanda təşkil olunan seminar aşağı seçki komissiyalarında seçki hüquqpozmaları ilə əlaqədar şikayətlərə baxılması və araşdırılması üçün yaradılmış ekspert qrupunun üzvləri ilə bir çox məsələlərin müzakirəsinə, həmçinin qarşıya çıxacaq hər hansı bir problemin aradan qaldırılımasına hədəflənmiş tədbirdir”, - Q.Orucov deyib.

MSK üzvü əlavə edib ki, belə tədbirlər aşağı seçki komissiyalarının seçki qanunvericiliyinin normalarını düzgün tətbiq etmələrinə töhfə verən mühüm tədbirlərdən biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: