Naxçıvanda yararsız ət məhsulları satışdan kənarlaşdırılıb - FOTOLAR
Naxçıvanda ət satışı məntəqələrində monitorinqlər həyata keçirilib, bir sıra nöqsanlar aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, monitorinq zamanı sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, istifadəyə yararsız ət məhsullarının satışının həyata keçirildiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlərək görülərək yararsız ət məhsulları satışdan kənarlaşdırılıb, fəaliyyət dayandırılaraq icrası məcburi göstərişlər verilib.