Şərur rayonunun Aralıq kəndi ərazisində yeraltı su ehtiyatlarının öyrənilməsi üçün kəşfiyyat-tədqiqat işləri yekunlaşıb - FOTOLAR

A- A A+

2024-cü ilin aprel ayının 18-də Naxçıvan Muxtar Respublikası ərazisində hidrogeoloji işlərin aparılması, yeraltı suların dayanıqlığını, kimyəvi tərkibini, ekoloji vəziyyətə təsirinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı “Qalf Drilling Saplay FZE” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi arasında memorandum imzalanıb. 

NUHÇIXAN xəbər verir ki, imzalanan memoranduma əsasən Naxçıvanda içməli və texniki su qıtlığının aradan qaldırılması istiqamətində kəşfiyyat-tədqiqat işlərinə başlanılıb. 60 gün müddətində davam edən proses artıq yekunlaşıb. 

Şirkət tərəfindən həyata keçirilən kəşfiyyat-tədqiqat işləri zamanı Şərur rayonunun Aralıq kəndi ərazisində yeraltı su ehtiyatlarının öyrənilməsi üçün müasir cihazlarla lazımi ölçü işləri aparılıb və fond materialları toplanıb. Görülən işlərin nəticəsi kimi məlum olub ki, yataqda olan su ehtiyatlarının miqdarı və dinamikası müsbətdir. Buna əsaslanaraq yataq üzərindən Naxçıvan şəhərinin və bir neçə rayonların yaşayış məntəqələrinin içməli su layihələrini həyata keçirmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: