Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası jurnalistlərə Ağbulaq turu hədiyyə edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 20-21 iyul tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə 31 media nümayəndəsinin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil edilib. 22 İyul Milli Mətbuat Günü ilə bağlı təltif olunan mətbuat əməkdaşlarını bir araya gətirən turda onların həm istirahəti həm də əyləncəsi yüksək səviyyədə təmin edilib. Maraqlı anlar yaşayan media nümayəndələri bayramlarının belə xoş ovqatda qeyd olunmasına görə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına öz minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: