Bir neçə il bundan əvvələ qədər Şərur rayonunda cəmi 2-3 ədəd soyuducu anbar var idi. Amma bu gün Sahibkarlığa Kömək Fondunun və sahibkarların öz vəsaitləri hesabına yaradılan bu müəssisələrin sayı artıq 10-u keçib və onların ümumi tutumu 30 tondan artıqdır.
Əhalinin bütün mövsümlərdə kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, idxaldan asılılığın azaldılması məqsədilə yay və payız aylarında kartof, soğan, kələm, sarımsaq, alma, armud və sair meyvə-tərəvəz məhsullarının tələbatdan artıq hissəsi soyuducu anbarlara yığılıb saxlanılır və ilin soyuq fəsillərində bazarlara çıxarılır. Bunun nəticəsidir ki, bazarlarda münasib qiymətə satılan meyvə və tərəvəz məhsulları indi də boldur.
“Şərurun səsi” qəzeti