Bu ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub.
Bu barədə NUHÇIXAN-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.