Morfindən daha güclü ağrıkəsici dərman hazırlanıb

A- A A+

Amerikalı alimlər unikal təsirə malik ağrıkəsici dərman hazırlayıblar.

NUHÇIXAN “Medikforum”a istinadla xəbər verir ki, işlənib hazırlanan preparat keyitmə keyfiyyətinə görə tibb praktikasında daha çox istifadə edilən morfini üstələyir.

İndiyədək daha çox təsirli, ən geniş yayılan keyitmə üsulu morfindir. Bu, allergiya reaksiyalı insanları keyfiyyətli tibbi xidmətlə təmin etməkdən ötrü morfindən istifadəni əhəmiyyətli dərəcədə genişləndirməyə şərait yaradır. Bu halda yeni preparatın təsirli maddələri daha təhlükəsizdir, opioidlərə nisbətən daha çox səmərəlidir və asılılıq əmələ gətirmir.

“AT-121” adlandırılan yeni ağrıkəsici heyvanların, o cümlədən insana daha yaxın olan meymunların üzərində sınaqdan keçirilib. Təcrübələrin nəticəsi onun ağrı hisslərini aradan qaldırmaqda, həmçinin opioid asılılığının müalicəsində müvəffəqiyyətini göstərib. Dərmanın tərkibindəki maddələrə asılılığın əmələ gəlməməsi ondan daha geniş istifadə edilməsinə imkan yaradır, preparatın narkotik təsir göstərməsindən sui-istifadənin qarşısını alır.

Opioidlər təbabətdə onların beyin reseptorlarına təsiri sayəsində xroniki ağrıların təcrid edilməsində istifadə olunur. Lakin morfin və buna bənzər maddələr bu zaman beyinin həzz mərkəzini stimullaşdırır ki, bu da bir neçə qəbuldan sonra vərdişə gətirib çıxarır. Statistik göstəricilərə görə, iki milyondan çox insanda məhz keyitmənin bu üsulu nəticəsində asılılıq yaranıb. “AT-121” ağrının aradan qaldırılması zamanı beyinin həzz mərkəzinə heç bir təsir göstərmir və bu, onun əsas üstünlüyüdür ki, preparatı anesteziologiya sahəsində ən perspektivli ixtiraların sırasına çıxarır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: