Şahbuz rayonunun kəndlərində yanğınlar olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Sələsüz kəndində həyətyanı sahədə və bələdiyyəyə məxsus quru otlaq sahədə, Şada kəndində isə məişət tullantıları paliqonunda yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: