Naxçıvanda üç tondan çox çətənə kolu məhv edilib

A- A A+

Naxçıvan Muxtar Respublikasında yabanı halda bitən 3,2 ton çətənə kolu məhv edilib.

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur və Şahbuz rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 3,2 ton olan 89 890 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: