Son altı ayda sosial ödənişlərin məbləği 4 milyard 382 milyon manat olub

A- A A+

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 milyard 382 milyon manat vəsait ödənilib.

Onu da qeyd edək ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 408,5 milyon manat və ya 10,3 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: