Hava xətlərinin təmir-bərpası diqqətdə saxlanılır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik enerjisi təhlükəsizliyini qorumaq, abonentləri dayanıqlı, keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün mühüm tədbirlər həyata keçirilir. 

Belə ki, Xidmətin strukturuna daxil olan Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən 132/110 kilovoltluq Araz yarımstansiyasından çıxan 110 kilovoltluq "Araz-3" hava xəttində cari təmir işləri aparılıb. 

Təmir zamanı məftilləri dayaqlardan izolə edən zədəli və qırıq izolyatorlar dəyişdirilib, hava xəttində məftillərin torpaqla olan qabarit məsafələri tarazlanıb, əyilmiş 1 ədəd beton aralıq dayaq düzəldilib. 

Bundan sonra da abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün həyata keçirilən tədbirlər davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: