NUHÇIXAN xəbər verir ki, artıq tikinti işləri yekunlaşan Şahbuz rayonunun Mədəniyyət sarayında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
İki mərtəbədən ibarət olan binada rayon mədəniyyət şöbəsinin əməkdaşları üçün iş otaqları, bufet, dekorasiya, məşq və qrim otaqları, 280 yerlik tamaşa zalı fəaliyyət göstərəcək.
Sarayda rayonun teatr və musiqi kollektivləri, eləcə də rayon uşaq-musiqi məktəbinin şagirdləri tamaşa və konsert proqramları ilə çıxış edə biləcəklər.
Novruz Məmmədov