Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparıldığını bildirib.