Ntv 400 minlik yeyinti iddiasına görə prokurorluq və məhkəmə orqanlarına müraciət edir

A- A A+

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar vəsaitin auditinə dair auditor hesabatının müzakirəsi barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəsmi açıqlamasını təhrif edilmiş məzmunda təqdim edən, televiziya rəhbərini 400 min manatlıq yeyintidə ittiham edən, dövlət orqanının və vəzifəli şəxsin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verən TNS informasiya saytı və onun rəhbəri barədə prokurorluq və məhkəmə orqanlarına rəsmi müraciət olunacaq.

Bu barədə NUHÇIXAN-a Naxçıvan televiziyasının hüquqşünası Anar Quliyev məlumat verib. Bildirib ki, rəsmi dövlət informasiyasını təhrif etmək, fiziki və hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən böhtan və təhqir xarakterli məlumatlar yaymaq cinayət məsuliyyəti yaradır. Hazırda Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 147, “İnformasiya Əldə Etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10.4.8-ci, Media haqqında qanunun 14.1.7, 14.1.9, 14.1.11 və 18.1-ci və digər qanunvericilik aktlarının tələbləri üzrə faktların toplanması işləri aparılır. Və gün ərzində hüquq mühafizə orqanlarına rəsmi müraciət ediləcək.

A.Quliyev bildirib ki, Ntv-nin rəhbəri ilə yanaşı, əməkdaşlarının da cəza tədbirlərinin görülməsi üçün rəsmi ərizə ilə kollektiv müraciəti olacaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: