Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva vəfat edib

A- A A+

Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva vəfat edib.

NUHÇIXAN xəbər verir ki, D. Ağayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırım zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.

D. Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: