Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) ətraf mühit və təbii ehtiyatlar komissiyasının “Meşələrin təbii sərvətlərinin qorunması və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: qanunvericilik və təcrübə” mövzusuna həsr olunmuş toplantısı keçirilir.
NUHÇIXAN xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən toplantıya TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının və Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sədrlik edir.
İki gün davam edəcək toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan deputatlar və ekspertlər iştirak edirlər.