Kollektiv Duz muzeyi ilə tanış olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin kollektivi Duz Muzeyini ziyarət ediblər.
Tanışlıq zamanı məlumat verilib ki, muzeyin ekspozisiyasında duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur.
Ekspozisiyadakı daş alətlər, saxsıdan və gildən hazırlanmış duz qabları, eləcə də duz kristalları, karsit və duz süxurlarına maraqla baxan kollektivin diqqətinə çatdırılıb ki, vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş etdirilən bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir.
Muzeydə nümayiş olunan olan duz torbaları, daşduzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi, Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə əlaqədar duzdan hazırlanmış loqotip kollektivin daha çox maraq göstərdiyi eksponatlardan olub.
Mədinə Rəhimli