Bəxtiyar Əsgərov Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Koreya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri Kim Tong-Opla görüşüb.
Görüşdə iki ölkə arasında qurulmuş yüksək səviyyəli əlaqələrdə Naxçıvan Muxtar Respublikasının rolu və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.