Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 195 milyon 799 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, istehsal olunmuş kənd təsərrüfatı məhsulu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % artıb.
Bunun 99 milyon 807 min 200 manatı bitkiçilik sahəsi üzrə, 95 milyon 992 min 100 manatı isə heyvandarlıq sahəsi üzrə olunub.