DSMF: Yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2 faiz artıb

A- A A+

Bu ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 64,6 milyon manat və ya 2 faiz artım qeydə alınıb.

Bu barədə NUHÇIXAN-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 79,3 milyon manat və ya 7,5 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 220,1 milyon manat və ya 11,4 faiz artımla olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: