Şahbuz şəhəri və ətraf kəndlər üçün yeni su xətti çəkilir - VİDEO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması mühüm hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu işlərin tərkib hissəsi olaraq Şahbuz şəhəri və ətraf kəndlərin içməli su təminatı yaxşılaşdırılır. Bu məqsədlə yeni içməli su xəttinin çəkilişinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən “Cin” dağı adlanan ərazidən yeni su xətti çəkilir. Məqsəd Şahbuz şəhəri və ətraf kəndlərin içməli su təminatının yaxşılaşdırılmasıdır. Sözügedən ərazidə 2378 metr yüksəklikdə yerləşir. Bu da suyun öz axını ilə təyin olunan nöqtəyə nəqlinə imkan yaradacaq.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: