Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 660 851 manat vəsait xərclənib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 660 851 manat vəsait xərclənib.
Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub.
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 74 nəfərə 82 036 manat
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 153 nəfərə 393 430 manat
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə- 18 nəfərə 145 952 manat
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə- 1 nəfərə 3 400 manat
Digər istiqamətlər üzrə -36 033 manat