Baş prokurorun müavini: Bu il ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb

A- A A+

2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb.

NUHÇIXAN xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfransda deyib.

Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində Azərbaycan Prokurorluğu tərəfindən görülən sistematik tədbirlərdən bəhs edən Baş prokurorun müavini ətraf mühitin qorunması, ekologiyanın bərpası sahəsində Baş Prokurorluq tərəfindən qəbul edilmiş “Cərimə Parkı - Təbiətin qisası” konsepsiyası barədə danışıb.

"Bu il ekoloji hüquqpozmalarla bağlı 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsi təmin edilib", - deyə Heydər Məmmədov əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: