Məhərrəm Abbasov Babək rayonunda vətəndaşlarla görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən Məhərrəm Abbasov Babək rayonunda həmin rayonunun sakinləri ilə görüşüb. 

Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan görüşdə vətəndaşların müraciətləri dinlənilib, araşdırılması və qanunvericiliyə uyğun baxılması vacib olan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. 

Qeyd edək ki, vətəndaş qəbulunun muxtar respublika üzrə bütün rayonlarda keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: