Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, YAP Naxçıvan Şəhər Təşkilatının  2018-ci ildə gördüyü işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasında təşkilatın sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib. Bildirib ki, Naxçıvan şəhəri artıq 2018-ci ili İslam mədəniyyətinin paytaxtı və Azərbaycanın “Gənclər paytaxtı” kimi öz tarixinə yazıb. Muxtar respublikamızın paytaxtı ötən ildə də özünün sürətli yenilənmə və quruculuq tempini qoruyaraq, ən müasir şəhərə çevrilib.

Elman Cəfərli qeyd edib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının qurultayları, partiyanın Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və  Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində quraraq, cəmiyyətin ümumi inkişaf tempinə adekvat fəaliyyət göstərib. Bu baxımdan təşkilatın 2018-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili prioritet təşkil edib.

Ötən müddətdə təşkilatda 10 İdarə Heyəti, 4 Şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı 8 elmi-praktik konfrans, 1 kütləvi idman yarışı, 1 dəyirmi masa, 3 treninq olmaqla, ümumilikdə 14 kütləvi siyasi tədbir keçirilib, partiyaya üzv qəbulu ilə bağlı müsahibələr aparılıb.

2018-ci ildə partiyaya üzv qəbul olmaq üçün müraciət edən 1084 nəfərdən 1020 nəfəri Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub. Nəticədə 2019-cu il yanvarın 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 935 nəfərə çatıb. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 19 nəfəri isə Naxçıvan MR Ali Məclisinin deputatlarıdır. Təşkilatda, həmçinin 2 nəfər akademik, 6 nəfər AMEA-nın müxbir üzvü, 26 nəfər elmlər doktoru, 162 nəfər fəlsəfə doktoru təmsil olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin üzvü Mirsənani Seyidov çıxış edərək 2018-ci ildə də Naxçıvan şəhərində quruculuq və abadlıq işlərinin sürətlə davam etdirildiyini, paytaxtın bir sıra mühüm

beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb.

Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının başlıca göstəriciləri diqqətə çatdırılıb, şəhərdə aparılan quruculuq işlərində Yeni Azərbaycan Partiyası üzvlərinin fəallıq göstərildiyi vurğulanıb.

İclasda YAP Naxçıvan Şəhər Təşkilatının şura üzvləri, YAP Universitet Şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev və Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk təşkilatının sədri Çapay Quliyev çıxış ediblər.

İclasda 2019-cu ilə dair tədbirlər planı təsdiq olunub.

 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: