Naxçıvanda II Sığorta Festivalı keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 24-də Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Naxçıvanda II Sığorta Festivalı keçiriləcək.

Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunur. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.

Qeyd edək ki, festivala avqustun 17-də Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start verilib və ardıcıl olaraq 24 avqust Naxçıvan, 30 avqust Sumqayıt, 31 avqust Lənkəran və 7 sentyabr Gəncə şəhərlərində baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: